"Rapid"in 3 futbolçusu "Neftçi" ilə oyun öncəsi sıraya dönüb

"Rapid"in 3 futbolçusu "Neftçi" ilə oyun öncəsi sıraya dönüb Avstriyanın "Rapid" (Vyana) klubunun 3 futbolçusu - Ferdi Dröyf, Yusuf Demir və Roman Kerşbaum zədəsini sağaldaraq sıraya dönüb.
Futbol
9 Avqust , 2022 19:33
Rapidin 3 futbolçusu Neftçi ilə oyun öncəsi sıraya dönüb

Avstriyanın "Rapid" (Vyana) klubunun 3 futbolçusu - Ferdi Dröyf, Yusuf Demir və Roman Kerşbaum zədəsini sağaldaraq sıraya dönüb.

"Report"un məlumatına görə, bu barədə Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında hər 3 futbolçunun xidmətindən istifadə edə bilər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Bakıdakı ilk qarşılaşmada "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi