Ramin Musayev: "Kubokun finalının harada keçiriləcəyi hələlik bəlli deyil"

Ramin Musayev: "Kubokun finalının harada keçiriləcəyi hələlik bəlli deyil" "Bütün klublara uğurlar arzulayıram. Bu il keçən mövsümdən daha maraqlı olacaq. Çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir".
Futbol
10 Noyabr , 2021 15:08
Ramin Musayev: Kubokun finalının harada keçiriləcəyi hələlik bəlli deyil

"Bütün klublara uğurlar arzulayıram. Bu il keçən mövsümdən daha maraqlı olacaq. Çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir".

"Report"un məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimində deyib.

Onun sözlərinə görə, I Divizion komandaları da yaxşı oyun sərgiləyəcək: "Heç kimin ağlına gəlməzdi ki, "Keşlə" kuboku qazanacaq. Bu il yenə maraqlı olacaq. Premyer Liqa çox maraqlı keçir. İnanıram ki, maraqlı matçları kubokda da görəcəyik.".

Musayev final oyununun məkanının hələ müəyyənləşmədiyini də əlavə edib: "Mətbuatda yazırlar ki, bu oyun Şamaxıda olacaq. Hədəfimiz məkanından asılı olmayaraq, qarşılaşmanın maraqlı alınmasıdır".

Son xəbərlər

Orphus sistemi