Ramil Şeydayevin sabiq klubu dağıldı

Ramil Şeydayevin sabiq klubu dağıldı Slovakiyanın Jilina klubu fəaliyyətini dayandırıb.
Futbol
30 Mart , 2020 20:11
Ramil Şeydayevin sabiq klubu dağıldı

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.

"Report"un məlumatına görə, bu barədə eyniadlı şəhərin təmsilçisinin rəsmi saytı bəyanat yayıb.

Bildirilib ki, klubun dağılması maliyyə böhranı ilə bağlıdır: "Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".

Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.

Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" klubu 7 qat Slovakiya çempionudur. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi