Ralf Ranqnik: “Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”

Ralf Ranqnik: “Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq” “Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”.
Futbol
3 Oktyabr , 2023 10:26
Ralf Ranqnik: “Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”

“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”.

“Report”un məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində bu ay keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.

Almaniyalı mütəxəssis ciddi problemlərlə üzləşdiklərini bildirib. O, yığmaya çağırılan zədəli oyunçuların heyətdən çıxarılacaqlarını istisna etməyib: “Bir neçə futbolçunun durumu qeyri-müəyyəndir. Bunlar David Alaba, Marsel Sabitzer, Stefan Poş və Mixael Qreqoriçdir. Hazırkı durumda onların qarşıdakı matçlarda iştirak şansları az görünə bilər. Məhz bu üzdən əlavə 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim. Sanki uzun bir mövsümün sonundayıq. Çünki zədəlilərimiz kifayət qədərdir. Bu üzdən qarşıdakı matçlar asan olmayacaq. Buna baxmayaraq, nikbinliyimizi qoruyuruq”.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi