Rahid Əmirquliyev: "Buna da şükür" - MÜSAHİBƏ

Rahid Əmirquliyev: "Buna da şükür" - MÜSAHİBƏ "Rəqib elə oyun başlayandan müdafiəyə çəkilmişdilər"
Futbol
111
5 Sentyabr , 2016 17:12
Rahid Əmirquliyev: Buna da şükür - MÜSAHİBƏ

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirqulyevin San Marino ilə DÇ-2018-in seçmə qrup matçından sonra "Report"a müsahibəsi

- Öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz? 

- Çox çətin oyun oldu. Çünki rəqib tamamilə müdafiəyə çəkilmişdi. Bu da bizə həmin müdafiəni yarmaqda çətinlik yaradırdı. 

- Amma yaratdığınız imkanları da qola çevirə bilmirdiniz. 

- (gülür - red.) O da düzdür. İlk yarı ilə müqayisədə ikinci hissədə daha çox qol imkanımız oldu. Yenə buna da şükür. Əsas o idi ki, 3 xalı qazandıq. 

- Daha çox qol vurmağa nə mane oldu? 

- Dediyim kimi, rəqib çox arxaya çəkilmişdi. Düşündük ki, ilk yarıda biz qol vurduğumuz üçün fasilədən sonra rəqib bir qədər irəli çıxacaq. Amma taktikanı dəyişmədilər və birinci hissədə necə oynamışdılarsa, ikinci hissədə də elə çıxış etdilər. 

- Burada rəqibin azlıqda qalması da rol oynadı? 

- Məncə, bunun say azlığı ilə əlaqəsi yox idi. Onlar elə oyun başlayandan müdafiəyə çəkilmişdilər. 

- Düşünmürsünüz ki, milli komanda hələ tam hazır deyil? 

- Onu mən deyə bilmərəm. Problem varsa belə, məşqçilər təhlil edəcək. Ola bilsin, ilk oyundur və bunun da təsiri var.

Son xəbərlər

Orphus sistemi