Rafael Ağayev: "Anam məni cənnətdən izləyəcək"

Rafael Ağayev: "Anam məni cənnətdən izləyəcək" "Karate mənim həyatımdır"
Futbol
839
22 May , 2021 14:11
Rafael Ağayev: Anam məni cənnətdən izləyəcək

"Əminəm ki, final zamanı anam məni cənnətdən izləyəcək".

"Report"un məlumatına görə, bunu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanmış Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən 36 yaşlı təcrübəli idmançı iki ay əvvəl əmisinin, ondan bir ay sonra isə anasının vəfat etdiyini xatırladıb: "Ötən il zədədən qurtulmaq üçün əməliyyat olundum. Bu, artıq 4-cü diz əməliyyatım idi. İnsanlar məni anlamaya bilər. Amma finala vəsiqə qazandığım üçün xoşbəxtəm. Qalib gəlsəm, qələbəmi anama həsr edəcəyəm".

Ağayev karyerası haqqında bunları söyləyib: "İnsanlar qocaldığımı söyləyə bilər. Hər kəsə hörmət edirəm və bu fikirlərdən incimirəm. Mənim üçün vacib olan öz düşüncələrimdir. Karate mənim həyatımdır. Həyatımı bu idmana həsr etmişəm".

Qeyd edək ki, Rafael Ağayev bu gün finalda Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi