Qvido Burqştaller: "Neftçi" ilə oyunda daha yaxşı işlər görəcəyik"

Qvido Burqştaller: "Neftçi" ilə oyunda daha yaxşı işlər görəcəyik" "Bu matçdakı kimi qol şansları yaratsaq, "Neftçi" ilə cavab görüşündə daha yaxşı işlər görəcəyik".
Futbol
8 Avqust , 2022 13:08
Qvido Burqştaller: Neftçi ilə oyunda daha yaxşı işlər görəcəyik

"Bu matçdakı kimi qol şansları yaratsaq, "Neftçi" ilə cavab görüşündə daha yaxşı işlər görəcəyik".

"Report"un məlumatına görə, bunu "Rapid" (Vyana) komandasının futbolçusu Qvido Burqştaller evdə Lustenau "Austriya"sı ilə 1:1 heç-heçə etdikləri Avstriya Bundesliqasının III tur matçından sonra deyib.

33 yaşlı hücumçu karyerasında bəzən çətinliklər çəkdiyini bildirib: "Ancaq biz indi də bunun öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi