Qvatemala millisinin qapıçısı "Səbail"ə keçidindən danışdı

Qvatemala millisinin qapıçısı "Səbail"ə keçidindən danışdı "Səbail"lə danışıqlar bir neçə ay davam etdi, sonra videoları izlədim və məni inandırdılar ki, orada məşqçilər futbolçuları sevir. Mən də arzumu gerçəkləşdirdim".
Futbol
303
7 Sentyabr , 2020 13:11
Qvatemala millisinin qapıçısı Səbailə keçidindən danışdı
Nikolas Hagen

"Danışıqlarımız bir neçə ay davam etdi. Sonra videoları izlədim və məni inandırdılar ki, orada məşqçilər futbolçuları sevirlər. Mən də arzumu gerçəkləşdirdim".  

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in yeni transferi Nikolas Hagen ESPN-ə açıqlamasında deyib. 24 yaşlı qapıçı maddiyyatın onun üçün az əhəmiyyət kəsb etdiyini bildirib. 

Qvatemala millisinin qolkiperi karyerası ərzində hər zaman böyümək istədiyini və daha yaxşı çıxış etməyə çalışdığını söyləyib: "Ümid edirəm ki, "Səbail"də buna nail olacağam. Azərbaycan Premyer Liqasında mövsüm yeni başlayıb. Burada sürətli futbola və topa sahib olmağa üstünlük verirlər. Komandaların gücləri demək olar ki, bərabərdir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ölkəmin adını uca tutmaq üçün çalışacağam".

Qeyd edək ki, Nikolas Hagen “Səbail”lə 1 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi