Qvardiola İngiltərədə mövsümün ən yaxşı məşqçisi elan edildi

Qvardiola İngiltərədə mövsümün ən yaxşı məşqçisi elan edildi İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola Liqanın Menecerlər Assosiasiyasının versiyasına görə mövsümün ən yaxşı məşqçisi elan edilib
Futbol
148
25 May , 2021 05:26
Qvardiola İngiltərədə mövsümün ən yaxşı məşqçisi elan edildi
Xosep Qvardiola

İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola Liqanın Menecerlər Assosiasiyasının versiyasına görə mövsümün ən yaxşı məşqçisi elan edilib.

Bu barədə “Report” “Sky Sports”a istinadən xəbər verir.

"Bu mükafatı ikinci dəfə almağa çox şadam, amma belə mükafat yalnız məşqçinin ən yaxşı peşəkarlarla əhatəyə alınması halında mümkündür. Mənim oyunçularım çox yaxşı idilər. Onların sədaqəti və peşəkarlığı hətta qarşılaşdığımız ən ağır mövsümdə heç vaxt şübhəyə təslim olmurdu.

Mənim köməkçilərim də həmçinin ən yüksək tərifə layiqdirlər. Bəxtim elə gətirib ki, mənim “Mançester Siti”nin ən yaxşı olmasına əmin olmaq, bacardıqlarını onu etmək, hər şeylərini verən insanlardan ibarət komandam var. Bu mükafat onlara həsr edilib və onlar arasında bölünür", - Qvardiola bildirib.

Xosep Qvardiola İngiltərə Premyer Liqasının dörd mövsümündə “Mançester Siti”yə üçüncü titulu qazandırıb.

Liqa Menecerləri Assosiasiyası İngiltərə Premyer Liqası məşqçilərinin, EFL-in (İngiltərə Futbol Liqasının) və milli yığmanın müxtəlif yaşlar üzrə həmkarlar ittifaqıdır.

Son xəbərlər

Orphus sistemi