Qvardiola "Bavariya"nı Avropanın ən yaxşı komandası adlandırdı

Qvardiola "Bavariya"nı Avropanın ən yaxşı komandası adlandırdı İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola hansı komandanın ən yaxşı olmasından danışıb
Futbol
2 Mart , 2021 04:58
Qvardiola Bavariyanı Avropanın ən yaxşı komandası adlandırdı
Xosep Qvardiola

İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola hansı komandanın ən yaxşı olmasından danışıb.

Bu barədə “Report” “Teamtalk”a istinadən xəbər verir.

O, bildirib ki, “Mançester Siti”nin qazandıqlarından razıdır. Amma komandası daha yaxşı olmaq üçün daha çox şey lazımdır. Komanda kuboku qazandıqdan sonra onun qiyməti olacaq.

"Avropada ən yaxşı komanda "Bavariya"dır. O, mümkün olan hər şeyi qazandı, bu, ən yaxşı komandadır. İngiltərədə "Liverpul" çempiondur, buna görə o ən yaxşıdır. Əgər kuboku qazanmaq istəyirsənsə, onda qalib gəlməlisən. Fevralda və ya martda heç kəs çempion olmur", - Qvardiola deyib.

Son xəbərlər

Orphus sistemi