Qurban Qurbanovun oğlu milli komandaya dəvət aldı

Qurban Qurbanovun oğlu milli komandaya dəvət aldı Sloveniya ilə yoldaşlıq görüşü, UEFA Millətlər Liqasının qrup mərhələsinin Monteneqro və Lüksemburqla oyunları üçün açıqlanan Azərbaycan yığmasının heyətində yeni futbolçular yer alıb.
Futbol
6 Noyabr , 2020 18:09
Qurban Qurbanovun oğlu milli komandaya dəvət aldı

Azərbaycan yığmasının Sloveniya ilə yoldaşlıq, UEFA Millətlər Liqasında isə Monteneqro və Lüksemburqa qarşı oyunları üçün açıqlanan heyətində yeni futbolçular yer alıb.

"Report" xəbər verir ki, "Qarabağ"ın hücumçusu Musa Qurbanlı, "Neftçi"nin müdafiəçisi Mert Çelik və "Sumqayıt"dan Xəyal Nəcəfov ilk dəfə milli komandaya çağırılıblar.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 11-də Lyublyanada Sloveniya ilə qarşılaşacaq. Yığma noyabrın 14-də və 17-də UEFA Millətlər Liqasının qrup mərhələsində müvafiq olaraq Monteneqro və Lüksemburqla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi