Qurban Qurbanov yenidən millidə işləmək variantına münasibət bildirib

Qurban Qurbanov yenidən millidə işləmək variantına münasibət bildirib "Son vaxlar mənim başıma gələn hadisələr elə qərar verməyimə gətirib çıxartdı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm".
Futbol
23 May , 2022 15:33
Qurban Qurbanov yenidən millidə işləmək variantına münasibət bildirib
Qurban Qurbanov

"Son vaxlar mənim başıma gələn hadisələr elə qərar verməyimə gətirib çıxartdı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis "yenidən yığmada işləyə bilərsinizmi" sualını cavablandırıb: "Buna dəqiq bir fikir bildirə bilməyəcəyəm. Hazırda "Qarabağ" mənim həyatımın vacib hissəsidir. O qədər bağlanmışam ki, başqa yerə getmək istəmirəm. Amma bizdən asılı olmayan məqamlar var ki, "yox" deyə bilmərik. Bütün gücümü Azərbaycan futboluna vermək istəyirəm. Hər halda Vətənimiz üçün xidmət edirik".

Qurbanov "özünüzdən sonra bu postu kimə etibar edərsiniz" sualına bu cür cavab verib: "Qarabağ"dan ayrılmaq mənə pis təsir edər. Bu kluba tək baş məşqçi kimi bağlı deyiləm. Komandanın adı Azərbaycanın özəyidir. İstəmərəm ki, başqa əllərdə olsun. Burada ailə və kollektiv formalaşıb. Amma bu yer hamımız üçün əbədi deyil. Komandadan ayrılsam, özümə görə narahat olacağam. Amma əminəm ki, klub etibarlı əllərdə olacaq. Rəhbərliyin komandanı necə qoruyub saxladığını görmüşəm. Onların "Qarabağ"a və Azərbaycana olan sevgisini heç nə ilə əvəz edə bilmərəm. Komandamızın pis vaxtında belə, klub prezidenti bildirib ki, digər sahələrdə çatışmazlıq olsa da, "Qarabağ"da olmamalıdır".

Son xəbərlər

Orphus sistemi