Qurban Qurbanov "Sivasspor"a məğlubiyyəti şərh etdi

Qurban Qurbanov "Sivasspor"a məğlubiyyəti şərh etdi "Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur".
Futbol
539
27 Noyabr , 2020 00:25
Qurban Qurbanov Sivasspora məğlubiyyəti şərh etdi
Qurban Qurbanov

"İtkilərimiz var idi. Amma futbolçularımdam razı qaldım. Qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: "Sivasspor"un təcrübəsi daha çoxdur və fürsətlərdən yararlandılar. Yaxşı oynadılar və qələbə qazandılar. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi dekabrın 3-də İstanbulda İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə oynayacaqları matça da toxunub: "Ən yaxşı nəticəni qazanmaq istəyirik. Qrupdan çıxmaq şansımızı itirdik. Amma biz oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Gənc futbolçulara şans vermək bizim üçün önəmlidir".

Qeyd edək ki, "Qarabağ" bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. "Sivasspor" isə 6 xalla 3-cü sırada yer alır.

Son xəbərlər

Orphus sistemi