Qurban Qurbanov: "Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm"

Qurban Qurbanov: "Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm" "Mən Nurlan İbrahimovun cəzalanması ilə bağlı öz fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz - Azərbaycan jurnalistləri və mütəxəssisləri üçün xoş deyil. Hər halda yaxşısını düşünək. Çox istərdim ki, bu məsələ bitsin Nurlan İbrahimov yenidən sı
Futbol
21 Dekabr , 2021 17:04
Qurban Qurbanov: Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm
Qurban Qurbanov

"Nurlan İbrahimovun cəzalanması ilə bağlı fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz - Azərbaycan jurnalistləri və mütəxəssisləri üçün xoş deyil. Hər halda yaxşı tərəfini düşünək. Çox istərdim ki, bu məsələ bitsin, İbrahimov yenidən sıralarımıza qayıtsın".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun sabiq mətbuat katibi Nurlan İbrahimov barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis İbrahimovun hər kəsin tanıdığı və hörmət etdiyi şəxs olduğunu söyləyib: "Klub olaraq, Nurlanla münasibətimiz pis deyil. O, hamımızla ünsiyyətdə olur. Məncə, klub heç nəyə "yox" deməz. "Qarabağ" hər zaman onun arxasında olacaq. Eləcə də hamımız".

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı dekabrın 22-də açıqlamalı idi. Lakin bu, daha sonra yanvarın 22-ə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi