Qurban Qurbanov: "Neftçi" ilə oyuna sərbəst çıxmaq lazımdır"

Qurban Qurbanov: "Neftçi" ilə oyuna sərbəst çıxmaq lazımdır" Belə oyunlarda soyuqqanlı və səbrli olmaq vacibdir
Futbol
187
14 May , 2021 21:14
Qurban Qurbanov: Neftçi ilə oyuna sərbəst çıxmaq lazımdır
Qurban Qurbanov

"Futbolçuları təbrik edirəm. Belə oyunlarda soyuqqanlı və səbrli olmaq vacibdir. Oyunçular meydanda rahat idilər. Müxtəlif qol epizodları oldu. Vacib olan 3 xalı qazandıq. Rəqib baş məşqçi Sənan Qurbanova uğurlar arzulayıram. Onlar da kubokun finalında oynayacaqlar".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, fasilədə "Neftçi"nin oyununun nəticəsi ilə maraqlanmayıblar: "Biz ilk yarıda yaxşı oynadıq. Bütün fikrimiz öz oyunumuzda idi".

O, sonuncu turda flaqmanla keçirəcəkləri oyuna toxunub: "Bəzi nüanslar var ki, rahat deyə bilərik. Çətinlik də ola bilər. İnanıram ki, bu oyuna sərbəst çıxmaq lazımdır. Futbolçuların durumu və hazırlığı o səviyyədədir ki, buna hazırdırlar. Biz öz oyunumuzu sərgiləmək istəyirik. Bütün qərarlara hörmətlə yanaşırıq. Biz də istəyirik ki, həmin matçda tribunalar dolsun".

Qurbanov əsas hədəflərinin klubun yaşaması və nəticə qazanması olduğunu bildirib: "Mən və ya "Qarabağ", biz tək deyilik. İlk olaraq qalibiyyət haqqında düşünürük. Mən buraya gələndən belədir. Hər oyunda qalib gəlməyə və oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Biz bu komandanı sevərək burada işləyirik. Komandanın yaşaması, hücum futbolu oynaması və nəticə qazanması bizim hədəfimizdir".

Mahir Emrelinin penaltidən yararlana bilməməsinə toxunub: "Oyun gedə -gedə fikrimdən keçdi ki, Mahir vursun. Heç vaxt belə olmamışdı. Ən ürəksiz qərarlarımdan biri idi. Desəm ki, Mahir vursun, amma penaltini yerinə yetirəcəyinə inanmıram. Bəzən elə futbolçular penaltini vacib anda vura bilmirlər".

Baş məşqçi Filip Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə də münasibət bildirib: "Bildiyim qədər maraqlanırlar. Hələ ki məlumat yoxdur. Belə bir fikirdə.olduqıarını bilirəm. Transferdə kiminsə milliləşdirilməsinin rolu yoxdur. Onun Azərbaycan pasportuna sahib olması bizim üçün üstünlükdür. Amma hər halda milli üçün fayda verəcəksə, olsun. Cüzi də olsa, üstünlük qazanacağıq".

Son xəbərlər

Orphus sistemi