Qurban Qurbanov: "Hazırda növbəti rəqibimiz barədə düşünmürük"

Qurban Qurbanov: "Hazırda növbəti rəqibimiz barədə düşünmürük" "Potensial rəqibimzin kimliyi barədə düşünmürük. Bugünkü oyunda futbolçularımın dözümlülüyü mənim üçün çox vacib idi. Həddindən artıq yoruldular. Qarşıdakı 2-3 gündə oyunçuların normal formalarını bərpa etməsi olduqca önəmlidir".
Futbol
30 İyul , 2021 00:56
Qurban Qurbanov: Hazırda növbəti rəqibimiz barədə düşünmürük

"Potensial rəqibimzin kimliyi barədə düşünmürük. Bugünkü oyunda futbolçularımın dözümlülüyü mənim üçün çox vacib idi. Həddindən artıq yoruldular. Qarşıdakı 2-3 gündə oyunçuların normal formalarını bərpa etməsi olduqca önəmlidir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri haqqında danışarkən deyib.

49 yalı mütəxəssis hazırda bu barədə düşünmədiklərini bildirib: "Oyundan-oyuna futbolçuların funksional və texniki tərəfləri daha da yaxşılaşacaq. Sadəcə, zədəlilər bizə çətinlik yaradır. Məsələn, Bəhlul Mustafazadəni götürmüşük. İndiyədək bizimlə məşq etməyib. Bu da problemdir. Qarşıda bir neçə günümüz var. Heyəti rəqibə uyğun formalaşdırmağa çalışacağıq. Hazırda mənim üçün vacib olan futbolçularımızın böyüməsi, bərkiməsi və öz formalarını yaxşılaşdırmasıdır".

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyununda səfərdə İsrail "Aşdod"una 1:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti raunda adlayıb. Ağdam klubunun bu mərhələdəki rəqibi AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. "Köhlən atlar" ilk oyununu səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi