Qurban Qurbanov De Byazinin fikirlərinə münasibət bildirib

Qurban Qurbanov De Byazinin fikirlərinə münasibət bildirib "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Futbol
10 Aprel , 2022 20:38
Qurban Qurbanov De Byazinin fikirlərinə münasibət bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis bu məsələnin ona aid olmadığını söyləyib.

Qurbanov deyib ki, hər komandanın və kollektivin daxili qaydaları var: "Hərəsinin öz cavabdeh insanları var. Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəyəm. Dəfələrlə futbolçularıma demişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram".

Qeyd edək ki, Canni De Byazi İtaliya mətbuatına açıqlamasında yığmada xarakter probleminin olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi