Qurban Qurbanov: "Bizdən və rəhbərlikdən çox şey asılıdır"

Qurban Qurbanov: "Bizdən və rəhbərlikdən çox şey asılıdır" “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
Futbol
1542
20 Sentyabr , 2020 22:41
Qurban Qurbanov: Bizdən və rəhbərlikdən çox şey asılıdır
Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:

- Məğlub olduq, ilk hissəni yaxşı keçirdik, sadəcə ikinci hissə vəziyyət bir az fərqli oldu. Situasiya bəllidir, sadəcə bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdir. Bizdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq.

Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

- Sıx qrafikin olmasından şikayət edirdiz. Milli komandanın oyunundan sonra 3 oyundur ki, qələbə qazana bilmirsiniz.

- Bunu bilmək üçün bilik lazım deyil. Sadəcə sıx qrafikdəyik və məncə, bu, hələ başlanğıcdır. Avropa Liqasının qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusilə də, millidə oynayan futbolçular üçün də ağır olacaq. Abdullah Zubirin, Xayme Romeronun zədəsi var. Hücum xəttində itkilərimiz var belə qrafik olanda da iki qat zərbə vurur.

Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun bizim nəzarətimizdə idi, amma get-gedə yorğunluq hiss olunmağa başladı. Bunları deməklə, "Neftçi"nin haqqına girmək istəmirəm. Bizim komandamızda yorğunluq olması öz problemimizdir.

- Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsünüz?

- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var - heyətdə dəyişiklik üçün. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu - psixoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdur.

- Rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idimi?

- Oyunun gedişatında gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlir. Oyundankənar vəziyyət olduğu deyilirdi. Olsa belə, yan xətt hakiminə heç nə deməyəcəyəm. Ola bilər ki, səhv olsun. Bəlkə, saniyə məsələsi idi ki, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və biz məğlub olmuşuq.

Son xəbərlər

Orphus sistemi