Qurban Qurbanov Azərbaycan çempionatlarında baş məşqçi kimi 350-ci oyununa çıxıb
Futbol
- 29 oktyabr, 2018
- 13:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 350-ci oyununa çıxıb.
"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, "Neftçi" ilə X turun səfər matçına təsadüf edib.
Bu görüşədək hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis "Neftçi"yə 1:3 hesablı uduzmaqla 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun rəhbərlik etdiyi komandalar Premyer Liqada 523 qol vurub və qapısında 244 qol görüb.
Qeyd edək ki, məşqçiliyə 2006/2007 mövsümündə başlayan Qurban Qurbanov karyerasında yalnız iki kluba rəhbərlik edib. Hazırda Azərbaycan milli komandasına da rəhbərlik edən mütəxəssis "Neftçi"ni 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.
Son xəbərlər
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Foto
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq