Qurban Qurbanov: "Avrokubokları fikirləşmirik"

Qurban Qurbanov: "Avrokubokları fikirləşmirik" "Avrokubokları və digər turniri fikirləşmirik. Çünki bu, bizim gündəlik və həftəlik işimizdir. Hər gün məşqdə, oyunlarda məsuliyyətli olmalı və idman formamızı qoruyub saxlamalıyıq".
Futbol
9 Aprel , 2022 17:57
Qurban Qurbanov: Avrokubokları fikirləşmirik

"Avrokubokları və digər turniri fikirləşmirik. Çünki bu, bizim gündəlik və həftəlik işimizdir. Hər gün məşqdə, oyunlarda məsuliyyətli olmalı və idman formamızı qoruyub saxlamalıyıq".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXII turunda "Sumqayıt"la səfər görüşündə avrokuboklara vəsiqəni rəsmiləşdirmək ehtimalına münasibət bildirərkən deyib.

50 yaşlı mütəxəssis "gənclik şəhəri" təmsilçisi ilə matça avrokuboka vəsiqə qazana biləcəklərini düşünmədən yanaşdıqlarını söyləyib: "Hər oyunda çalışırıq ki, ilk növbədə, hazırlığımız daha yaxşı olsun, daha sonra rəqibə uyğun matçın gedişatında hansısa dəyişiklər edək. Bu oyuna çox ciddi yanaşırıq".

Qeyd edək ki, "Qarabağ" 20 oyundan sonra 49 xalla liderdir. 5-ci sıradakı "Sabah"ın 29 xalı var. Paytaxt klubu hazırda davam edən "Zirə" ilə görüşdə xal itirsə, "köhlən atlar" avrokuboklara vəsiqəni təmin edəcək. Əks halda, "Qarabağ" aprelin 10-da "Sumqayıt"ı yenərək istəyinə çata bilər.

Son xəbərlər

Orphus sistemi