Qrizmann "Yuventus"da Ronaldunu əvəzləyə bilər

Qrizmann "Yuventus"da Ronaldunu əvəzləyə bilər İspaniyanın "Barselona" klubunun futbolçusu Antuan Qrizmann karyerasını İtaliya "Yuventus"unda davam etdirə bilər.
Futbol
24 İyul , 2021 13:10
Qrizmann Yuventusda Ronaldunu əvəzləyə bilər

İspaniyanın "Barselona" klubunun futbolçusu Antuan Qrizmann karyerasını İtaliya "Yuventus"unda davam etdirə bilər.

"Report"un sport.es-ə istinadən məlumatına görə, bu, Kriştianu Ronaldunun Turin komandasından ayrılacağı təqdirdə gerçəkləşəcək. Portuqaliyalı forvardın gedişi ilə əmək haqq cədvəli yükdək azad olacaq və nəticədə fransalı hücumçu ilə müqavilə bağlanılacaq.

"Barselona"da hesab edirlər ki, "Yuventus" Qrizmannı sonradan birdəfəlik ala bilməsi şəri ilə heyətinə qatacaq.

Qeyd edək ki, Antuan Qrizmann daha əvvəl 2014 - 2019-cu illərdə "Atletiko"nun formasını geyinib. 30 yaşlı hücumçu ötən mövsüm 51 oyuna 20 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi