Qrizmann Çempionlar Liqasında öz göstəricisini yaxşılaşdırıb
Futbol
- 14 mart, 2024
- 08:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Atletiko" klubunun futbolçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasında 25 fərqli komandaya qol vurub.
"Report" xəbər verir ki, fransalı hücumçu 1/8 final mərhələsinin İtaliya "İnter"i ilə cavab görüşündə (2:1) fərqlənərək öz göstəricisini yaxşılaşdırıb.
Bu baxımdan o, həmyerliləri arasında yalnız Kərim Benzemadan geri qalır. İspaniyanın "Real" komandasının sabiq forvardı 34 fərqli klubu məyus etməklə fransızlar arasında rekordçudur.
Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"nun heyətində bu mövsüm 37 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib.
Son xəbərlər
09:13
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol
09:10
Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Daxili siyasət
09:07
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq
Komanda
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.11.2026)
Maliyyə
09:01
UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
Futbol
09:01
Azərbaycan neftinin qiyməti 113 dollara düşüb
Energetika
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.11.2026)
Maliyyə
08:55
Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini bildirib
Digər ölkələr
08:32
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur