Qoran Simov: "Qarabağ" barədə düşünməyi qadağan etmişəm"

Qoran Simov: "Qarabağ" barədə düşünməyi qadağan etmişəm" "Hazırda bütün fikrimiz "Pelister"lə matça yönəlib. Kratovoda oynayacağıq, ilk durda "Belasika"nı 6:0 hesabı ilə məğlub etmişik. Növbəti matçda da 3 xal haqqında fikirləşəcəyik". 
Futbol
13 Avqust , 2020 09:21
Qoran Simov: Qarabağ barədə düşünməyi qadağan etmişəm
Qoran Simov

"Hazırda bütün fikrimiz "Pelister"lə matça yönəlib. Kratovoda oynayacağıq, ilk turda "Belasika"nı 6:0 hesabı ilə məğlub etmişik. Növbəti matçda da 3 xal haqqında fikirləşəcəyik". 

"Report" "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov bildirib.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə görüş barədə danışmaq istəməyib. Serbiyalı baş məşqçi deyib ki, şənbə gününə qədər futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan edib.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi