Qolkiperlər koronavirusa yoluxdu, qapını müdafiəçi qorudu

Qolkiperlər koronavirusa yoluxdu, qapını müdafiəçi qorudu Futbol üzrə Qırğızıstan və Monqolustan yığmaları arasında DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələ oyununda maraqlı hadisə yaşanıb.
Futbol
7 İyun , 2021 14:02
Qolkiperlər koronavirusa yoluxdu, qapını müdafiəçi qorudu
Ayzar Axmetov

Futbol üzrə Qırğızıstan və Monqolustan yığmaları arasında DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələ oyununda maraqlı hadisə yaşanıb.

"Report" xəbər verir ki, matçın startına 2 saat qalmış meydan sahiblərinin heyətində hər 3 qapıçının koronavirus testi müsbət çıxıb. Nəticədə komanda meydana qolkipersiz çıxıb. Belədə qapını müdafiəçi Ayzar Axmetov qorumalı olub.

Yaponiyanın Osaka prefekturasında baş tutan görüş Monqolustan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, F qrupunda yer alan yığmalardan Qırğızıstan sona 2 tur qalmış 7 xalla 3-cü, 10 xalı olan Monqolustan isə sonuncudur.

Son xəbərlər

Orphus sistemi