"Qızıl oğlan" mükafatına namizədlər açıqlandı

"Qızıl oğlan" mükafatına namizədlər açıqlandı Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.
Futbol
15 İyun , 2020 17:41
Qızıl oğlan mükafatına namizədlər açıqlandı

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

“Report”un məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün ilk olaraq 100 oyunçudan ibarət siyahı hazırlanıb. 

"100-lük"də azərbaycanlı futbolçu yer almayıb. Siyahıya Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak əlavə edilib. 

Məşhur futbolçulardan Erlinq Holand, Ceydon Sanço (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Alfonso Devis ("Bavariya", Almaniya"), Fil Foden ("Mançester Siti", İngiltərə), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Kallum Hadson-Odoi ("Çelsi", İngiltərə), Rodriqo və Vinisius Junior ("Real Madrid", İspaniya) mükafat uğrunda yarışacaq. 

Qeyd edək ki, 2019-cu ildə bu mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi