​Dünyada qış transfer dövrünün ən bahalı keçidləri açıqlanıb

​Dünyada qış transfer dövrünün ən bahalı keçidləri açıqlanıb Siyahıya İngiltərənin "Çelsi" klubunun transferi başçılıq edir
Futbol
125
4 Fevral , 2015 13:16
​Dünyada qış transfer dövrünün ən bahalı keçidləri açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Almaniyanın transfermarkt.de saytı futbolçuların ən bahalı qış transferlərini açıqlayıb. "Report"un məlumatına görə, siyahıya Xuan Kuadrado başçılıq edir.

Kolumbiyalı yarımmdüfəçinin İtaliya "Fiorentina"sından İngiltərənin "Çelsi" klubuna keçidi 33.4 milyon avroya başa gəlib. İlk "10-luğ"u isə 12.78 milyon avroya "Çelsi"dən "Sautqempton"a transfer olunan Rayan Bertrand qapayır.

1. Xuan Kuadrado ("Fiorentina" - "Çelsi" - 33.4 mln avro)

2. Vilfrid Boni ("Çelsi" - "Mançester Siti" - 32.3 mln avro)

3. Andre Şürrle ("Çelsi" - "Volfsburq" - 32 mln avro)

4. Entso Peres ("Benfika" - "Valensiya" - 25 mln avro)

5. Bernandu Silva ("Benfika" - "Monako" - 15.75 mln avro)

6-7. Rikardu Qulart ("Kruzeyro" - "Quançjou") və Qabriel Paulista ("Vilyarreal" - "Arsenal") – hər ikisi 15 mln avro

8. Seydu Dumbiya (ÇSKA - "Roma" - 14,4 mln avro)

9. Lukas Silva ("Kruzeyru" - "Real Madrid" - 13 mln avro)

10. Rayan Bertrand ("Çelsi" - "Sautqempton" - 12,78 mln avro)

Son xəbərlər

Orphus sistemi