Avtobus qəzasında ölən futbolçunun xatirəsi Türkiyə Super Liqası matçlarında yad olunacaq

Avtobus qəzasında ölən futbolçunun xatirəsi Türkiyə Super Liqası matçlarında yad olunacaq Avtomobil qəzasında dünyasını dəyişən Alanyaspor komandasının futbolçusu Yosef Şuralın xatirəsi Türkiyə Super Liqasının oyunlarında yad olunacaq.
Futbol
29 Aprel , 2019 12:28
Avtobus qəzasında ölən futbolçunun xatirəsi Türkiyə Super Liqası matçlarında yad olunacaq

Avtomobil qəzasında dünyasını dəyişən "Alanyaspor" komandasının futbolçusu Yosef Şuralın xatirəsi Türkiyə Super Liqasının oyunlarında yad olunacaq.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, çexiyalı hücumçunun ölümü ilə əlaqədar XXX turun bugünkü oyunlarında və növbəti turun bütün qarşılaşmalarında 1 dəqiqəlik sükut elan ediləcək.

Qeyd edək ki, "Alanyaspor"un avtobusu "Kayserispor"la XXX tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət alıb və xəstəxanada dünyasını dəyişib. Daha 6 futbolçu isə xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi