Qətər millisinin baş məşqçisi: "Azərbaycandan belə oyun gözləyirdik"

Qətər millisinin baş məşqçisi: "Azərbaycandan belə oyun gözləyirdik" "Onlar peşəkar futbolçulardır və hər oyuna motivasiya olunurlar. Hər matçda qalib gəlmək istəyirlər. Dünya çempionatına hazırlşadığımızdan hər görüş bizim önəmlidir. Bu gün yaxşı nəticə qazandıq"
Futbol
239
14 Noyabr , 2021 23:06
Qətər millisinin baş məşqçisi: Azərbaycandan belə oyun gözləyirdik

"Onlar peşəkar futbolçulardır və hər oyuna motivasiya olunur, hər matçda qalib gəlmək istəyirlər. Dünya çempionatına hazırlaşdığımızdan, hər bir görüş bizim üçün önəmlidir. Bu gün yaxşı nəticə qazandıq".

"Report"un məlumatına görə, bu fikirləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bakıda Azərbaycan millisi ilə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, bu matçla əvvəlki qarşılaşma arasında ciddi fərq olmayıb: "Oxşar oyun idi. Hər iki komanda qalib gəlmək üçün meydana çıxmışdı. Bu gün açıq oyun getdi. Rəqib hücumameylli futbol sərgiləyib qələbə qazanmaq istəyirdi. Deyərdim ki, baxımlı oyun alındı".

46 yaşlı baş məşqçi matçın sonlarında futbolçular arasında baş vermiş insidentə də toxunub: "Futbolda belə hallar olur. Oyunçular top uğrunda mübarizə aparır və bu halların baş verməsi normaldır".

Onun sözlərinə görə, meydanda hər bir futbolçunun rolu var və kimisə fərqləndirmək düzgün olmaz: "Hamı əlindən gələni etdi. Komandamdan razı qaldım. Azərbaycan millisindən belə oyun gözləyirdik. Bəzi məqamlarda biz, bəzən isə rəqib üstün oynadı. Matçın nəticəsini ədalətli hesab edirəm".

Sançes sonda komandasının seçmə mərhələdəki müsabiqədənkənar çıxışını da dəyərləndirib: "Bizim üçün əla təcrübə oldu. Çətin rəqiblərlə qarşılaşdıq. Bu, dünya çempionatı üçün yaxşı hazırlıq oldu".

Son xəbərlər

Orphus sistemi