Bakı. 1 fevral. REPORT.AZ/ Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq görüşünün başlama saatı və stadionu müəyyənləşib. "Report"un Qətər Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq.
Matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq. Bu görüş Qətər yığmasının martın 23-də İran və martın 28-də Özbəkistan milliləri ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına hazırlıq xarakteri daşıyacaq. Azərbaycan yığması isə növbəti rəsmi oyununu elə DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min tamaşaçı tutumuna malikdir.