"Qəbələ" "Zirə"ni məğlub edərək, 4-cü pilləyə yüksəlib

"Qəbələ" "Zirə"ni məğlub edərək, 4-cü pilləyə yüksəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Futbol
4 May , 2022 19:38
Qəbələ Zirəni məğlub edərək, 4-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarını 26-cı dəqiqədə Fernan Lopes, 45-ci dəqiqədə Rafael Utziq, 81-ci dəqiqədə Omar Hani vurub.

Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır.

Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. İlk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi