"Qəbələ" və "Sabah" iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib

"Qəbələ" və "Sabah" iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən daha iki komanda mövsümün ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) göndərib.
Futbol
31 Yanvar , 2019 18:04
Qəbələ və Sabah iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən daha iki komanda mövsümün ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) göndərib.

"Report" xəbər ki, "Sabah" və "Qəbələ" komandaları yeni futbolçularının siyahısını PFL-ə təqdim ediblər.

Əyalət təmsilçisi mövsümün ikinci yarısı üçün iki yeni futbolçu - Anar Nəzirov ("Zirə") və Davit Volkovini ("Saburtalo", Gürcüstan) sifariş verib. Komandadan ayrılan Təmkin Xəlilzadə ("Sabah") və Aqil Məmmədov ("Neftçi") isə siyahıdan çıxarılıb.

Azərbaycan Premyer Liqasının debütantı "Sabah"ın isə "Qəbələ" ilə müqayisədə heyətində yetərincə dəyişiklik olub. Komanda yeni transferləri - Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ") və Coşqun Diniyevi ("Qarabağ") siyahıya əlavə edib. Vitali Kvaşuk ("Qomel", Belarus), Əlibəy Məmmədli ("Neftçi-2"), Elvin Bədəlov, Aydın Bayramov ("Sumqayıt"), Tural Qürbətov ("Şüvəlan"), Ülvi İbazadə ("Neftçi-2") və Elvin Yunuszadə ("Səbail") komandanın iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, daha öncə "Neftçi" və "Qarabağ" iştirak ərizələrini PFL-ə təqdim edib.

Son xəbərlər

Orphus sistemi