"Qəbələ" UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda məğlub olub

"Qəbələ" UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda məğlub olub Bakı. 7 noyabr. REPORT.AZ/ Qəbələnin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirib.
Futbol
7 Noyabr , 2018 18:53
Qəbələ UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda məğlub olub

Bakı. 7 noyabr. REPORT.AZ/ "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirib.

"Report" xəbər verir ki, Emin İmaməliyevin baş məşqçi olduğu komanda Qəbələ şəhər stadionunda Almaniyanın "Herta" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bu cütün qalibi 1/16 finalda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektivdən biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, cavab qarşılaşması noyabrın 28-də Berlində keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi