"Qəbələ" UEFA Gənclər Liqasına vəsiqə qazanıb

"Qəbələ" UEFA Gənclər Liqasına vəsiqə qazanıb "Qəbələ"nin U-19 komandası Gənclər Liqasının qalibi olub.
Futbol
10 May , 2022 23:53
Qəbələ UEFA Gənclər Liqasına vəsiqə qazanıb

"Qəbələ"nin U-19 komandası Gənclər Liqasının qalibi olub.

"Report" xəbər verir ki, "qırmızı-qaralar" çempionluğu XXV turdan təxirə salınmış matçda qazanıb.

"Qarabağ"la səfər oyununda 6:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi 23 görüşdən sonra xallarını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin baş məşqçi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.

U-19 bu nəticə ilə 2022/2023 mövsümündə UEFA Gənclər Liqasında iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu, "Qəbələ"nin Gənclər Liqasında 7-ci çempionluğudur. "Qırmızı-qaralar" 2012/2013, 2015/16, 2017/2018, 2018/2019, 2019/2020 və kubok formatında keçirilən 2020/2021 mövsümlərinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi