"Qəbələ" Azərbaycan yığmasını məğlub etdi

"Qəbələ" Azərbaycan yığmasını məğlub etdi Qarşılaşma əyalət təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
29 Mart , 2021 17:58
Qəbələ Azərbaycan yığmasını məğlub etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Premyer Liqa təmsilçisi "Qəbələ" ilə üz-üzə gəlib.

"Bakcell Arena"dakı qarşılaşma əyalət təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

U-21-in heyətində Musa Qurbanlı və Rüfət Abdullazadə fərqlənib. "Qəbələ"nin qollarını isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.

U-21 daha əvvəl "Qarabağ"ı 4:2 hesabı ilə yenib, "Neftçi"yə isə uduzub - 1:3. I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la görüşdə isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi