"Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda uduzub

"Qəbələ" Türkiyədəki ilk yoxlama oyununda uduzub Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
Futbol
415
18 Yanvar , 2022 17:53
Qəbələ Türkiyədəki ilk yoxlama oyununda uduzub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Polşa "Zaqlembe"si ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qırmızı-qaralar"ın qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.

Bakıda hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" komandaları isə "Dalğa Arena"da qarşılaşıblar. "Keşlə" bu matçda 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi