"Qəbələ" - "Sumqayıt" oyununda qalib müəyyənləşmədi

"Qəbələ" - "Sumqayıt" oyununda qalib müəyyənləşmədi Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Futbol
3 Oktyabr , 2020 15:51
Qəbələ - Sumqayıt oyununda qalib müəyyənləşmədi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sumqayıt"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hər iki qol ilk hissədə vurulub. 26-cı dəqiqədə çempionatın bombardiri Əli Qurbani qonaqları hesabda önə keçirib. Bu, 30 yaşlı oyunçunun cari mövsümdə 5-ci qolu olub. Cənubi azərbaycanlı forvard 12 dəqiqə sonra isə zədələnərək meydanı tərk edib. Hissənin əsas vaxtının başa çatmasına 1 dəqiqə qalmış meydan sahibləri tarazlığı bərpa ediblər. Bu eyni zamanda matçın yekun nəticəsi olub.

Beləliklə, xalını 8-ə çatdıran "Sumqayıt" "Keşlə" ilə 1-2-ci yerləri bölüşür. Ardıcıl üçüncü matçından heç-heçə ilə ayrılan "Qəbələ" isə 4 xalla sonuncu pillədən azad olub və 7-ci sıraya yüksəlib.

Qeyd edək ki, V turun ilk oyununda dünən "Keşlə" səfərdə "Sabah"a qalib gəlib. "Qarabağ" - "Səbail" matçı isə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi