"Qəbələ" seneqallı futbolçu ilə müqavilə imzalayıb

"Qəbələ" seneqallı futbolçu ilə müqavilə imzalayıb “Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
31 Oktyabr , 2019 12:16
Qəbələ seneqallı futbolçu ilə müqavilə imzalayıb

“Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. 

Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) (hazırkı "Keşlə") şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rumıniyada “Konkordiya” (2014-16), İslandiyada “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib.

İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.

Son xəbərlər

Orphus sistemi