Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Topaz Premyer Liqasının XVIII və 2014-cü ilin son turunun oyunları keçirilib.
"Report" xəbər verir ki, Qəbələnin eyniadlı klubun doğma meydanda "İnter"i qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutan matç 1-1 hesabı ilə başa çatıb.
Oyuna daha fəal başlayan meydan sahibləri 38-ci dəqiqədə öz istəklərinə çatıblar. Dodo adını tabloya yazdırıb. İlk hissə “qırmızı-qaralar”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə qonaqlar fəal başlayıb. Görüşün 67-ci dəqiqəsində Məhəmməd Mirzəbəyov hesabı bərabərləşdirib.
Turun digər görüşlərində bu nəticələr qeydə alınıb:
"Xəzər Lənkəran" 1-1 AZAL
"Qarabağ" 2-0 "Sumqayıt"
"Simurq" - "Bakı" matçı isə əlverişsiz hava şəraiti üzündən dekabrın 22-nə keçirilib.
XIV turun oyunları 2015-ci il yanvarın 30-dan etibarən başlayacaq.