"Qəbələ" Futbol Akademiyasının rəsmiləri Roy Makay və Robin van Persi ilə görüşüblər

"Qəbələ" Futbol Akademiyasının rəsmiləri Roy Makay və Robin van Persi ilə görüşüblər Qəbələ Futbol Akademiyasının nümayəndələri Hollandiyanın “Feyenoord” Futbol Klubunun bazasında olublar.
Futbol
20 Sentyabr , 2019 13:53
Qəbələ Futbol Akademiyasının rəsmiləri Roy Makay və Robin van Persi ilə görüşüblər

"Qəbələ" Futbol Akademiyasının nümayəndələri Hollandiyanın “Feyenoord” Futbol Klubunun bazasında olublar. 

"Report"un məlumatına görə, 6 günlük səfərdə akademiyanın baş məşqçisi Halim Fıçıcı, baş meneceri Nail Kərimov və digər şəxslər iştirak ediblər.

Səfər zamanı Hollandiya klubunun əsas komandasının bazasına baş çəkilib, məşq və "Den Haaq"a qarşı çempionat oyunu izlənilib. Həmçinin akademiya komandalarının məşqi, oyunları, məşqçiləri, seleksiya qrupu, performans məşqçiləri, oyun və məşq fəlsəfəsi ilə tanışlıq olub.

Klub rəsmiləri Vim Yansen, Pyer van Hoydonk, Roy Makay, Yap Stam, Dirk Kuyt, Robin van Persi kimi sabiq futbolçularla da görüşüblər. 

Son xəbərlər

Orphus sistemi