“Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb
Futbol
- 18 yanvar, 2024
- 11:41
Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.
Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.
Son xəbərlər
12:51
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
Maliyyə12:49
Azərbaycanda dövlətdən kirayəyə götürülən 12 mənzil özəl mülkiyyətə keçib
Maliyyə12:48
UEFA Avropa Liqası: ÇSKA "Qarabağ"la cavab matçının biletlərini satışa çıxarıb
Futbol12:48
Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
Digər ölkələr12:39
"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur
İnfrastruktur12:37
Moldova XİN vətəndaşları Rusiyaya səfər etməməyə çağırıb
Digər ölkələr12:34
MİDA-nın mənzillərinin satışı üçün 276 milyon manata yaxın kredit verilib
Maliyyə12:28
"Çelsi" Maksens Lakruanın transferini yekunlaşdırmaq üzrədir
Futbol12:27
Foto