"Qəbələ" - "Qarabağ" matçında insident baş verib - VİDEO

"Qəbələ" - "Qarabağ" matçında insident baş verib - VİDEO Bakı. 21 may. REPORT.AZ/ Topaz Premyer Liqasının XXVIII turunda - Qəbələ və Qarabağ komandaları arasındakı matçda fasilə ərəfəsində insident baş verib.
Futbol
21 May , 2018 20:00
Qəbələ - Qarabağ matçında insident baş verib - VİDEO

Bakı. 21 may. REPORT.AZ/ Topaz Premyer Liqasının XXVIII turunda - "Qəbələ" və "Qarabağ" komandaları arasındakı matçda fasilə ərəfəsində insident baş verib.

"Report"un məlumatına görə, nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynov Ağdam komandasının futbolçusu Dani Kintana ilə toqquşub.

Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman "Qəbələ"nin oyunçusu Sadıqovu da qolundan itələyib.

Baş hakim Rəşad Əhmədov isə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra "Qarabağ" hesabda öndədir - 1:0.

Son xəbərlər

Orphus sistemi