"Qəbələ" - "Proqres" matçının hakimləri müəyyənləşib

"Qəbələ" - "Proqres" matçının hakimləri müəyyənləşib Görüş moldovalı briqadaya tapşırılıb
Futbol
3 İyul , 2018 11:39
Qəbələ - Proqres matçının hakimləri müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ “Qəbələ” və Lüksemburqun “Proqres” komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Vyaçeslav Banari

Baş hakimin köməkçiləri: Vasili Yermişin, Dimitri Çobanu

Dördüncü hakim: Andrey Kojakaru

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi