"Qəbələ" - "Proqres" matçının biletləri satışa çıxarılır

"Qəbələ" - "Proqres" matçının biletləri satışa çıxarılır Bakı. 9 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Qəbələ və Lüksemburqun Proqres komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.
Futbol
9 İyul , 2018 14:55
Qəbələ - Proqres matçının biletləri satışa çıxarılır
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır. 

"Report"un "qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.

Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi