"Qəbələ" - "Panatinaikos" matçının bütün təyinatları açıqlanıb

"Qəbələ" - "Panatinaikos" matçının bütün təyinatları açıqlanıb Görüş Kreyq Pousonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadasına tapşırılıb
Futbol
3498
29 İyul , 2017 22:45
Qəbələ - Panatinaikos matçının bütün təyinatları açıqlanıb

Bakı. 29 iyul. REPORT.AZ/ "Qəbələ"nin Yunanıstan "Panatinaikos"u ilə Bakıda keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, görüş Kreyq Pousonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadasına tapşırılıb.

Li Betts və Adam Nunn yan xətt, Kevin Frend dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor macar Laslo Vaqner, UEFA nümayəndəsi isə xorvat Aloyziye Şuprahadır.

Avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq. İlk oyunda "Panatinaikos" qalib gəlib - 1:0.

Son xəbərlər

Orphus sistemi