Bakı. 16 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, "Qəbələ” doğma meydanda "Sabah”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qol 45-ci dəqiqəyə təsadüf edib. "Sabah"ın heyətində Filip İvanoviç avtoqol müəllifi olub. Bu komandalar arasındakı cavab oyunu dekabrın 20-də baş tutacaq.
Günün digər oyununda "Qarabağ” "Keşlə” ilə qarşılaşacaq. Dünən keçirilmiş matçlarda "Sumqayıt” səfərdə "Neftçi”ni 2:0, "Zirə” isə evdə "Səbail”i 1:0 hesabı ilə məğlub edib.