“Qəbələ”nin zədəli müdafiəçisi: Bərpa olunmaq təxminən 4 ay çəkəcək
Futbol
- 29 may, 2024
- 08:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərpa olunmaq təxminən 4 ay çəkəcək. Bundan sonra komanda ilə birlikdə məşqlərə başlayacağam.
Bunu “Report”a açıqlamasında “Qəbələ”nin ötən gün əməliyyat olunan 29 yaşlı müdafiəçisi Murad Musayev deyib.
Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda baş tutan “Sumqayıt”la matçda sol axil vətərinin tam qopması səbəbindən Türkiyədə cərrahi müdaxiləyə məruz qalan M.Musayev hər şeyin qaydasında olduğunu deyib: “Əməliyyat yaxşı keçdi. Yüngül ağrılarım var. Ya bu gün axşam, ya da sabah Azərbaycana qayıtmalıyam. Həkimlər hər şeyin qaydasında olduğunu bildiriblər”.
Futbolçu başqa klublardan təkliflərin olduğunu, amma böyük ehtimalla “Qəbələ”də qalacağını bildirib.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi