"Qəbələ"nin zədəli futbolçusunun durumuna aydınlıq gəldi

"Qəbələ"nin zədəli futbolçusunun durumuna aydınlıq gəldi Təcrübəli oyunçu bu səbəbdən təqribən 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
127
16 Aprel , 2021 23:02
Qəbələnin zədəli futbolçusunun durumuna aydınlıq gəldi
Asif Məmmədov

Azərbaycan Premyer Liqasının XXIII turunun "Sumqayıt"la səfər oyununda (0:2) zədələnən "Qəbələ"nin futbolçusu Asif Məmmədovun durumuna aydınlıq gəlib.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin əzələsi dartılıb.

Təcrübəli oyunçu bu səbəbdən təqribən 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Asif Məmmədov matçın 39-cu dəqiqəsində zədələnib. Oyuna davam edə bilməyən futbolçunu Ülvü İsgəndərov əvəzləyib.

Son xəbərlər

Orphus sistemi