"Qəbələ"nin UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi müəyyənləşib

"Qəbələ"nin UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi müəyyənləşib Bakı. 24 oktyabr. REPORT.AZ/ Qəbələnin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.
Futbol
109
24 Oktyabr , 2018 20:01
Qəbələnin UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi müəyyənləşib

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.

"Report" xəbər verir ki, Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə Almaniyanın “Herta” klubu ilə üz-üzə gələcək.

Berlin təmsilçisi I mərhələnin cavab oyununda səfərdə Polşa "Lex"ini 3:2 hesabı ilə üstələyib. Komanda doğma meydandakı matçda isə rəqibini 2:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, "Qəbələ" və "Herta" klubları arasındakı ilk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də Almaniyada keçiriləcək. 

Xatırladaq ki, "Qəbələ" UEFA Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi