Polşalı qapıçı: "Legiya" - "Qarabağ" oyununda şanslar bərabərdir"

Polşalı qapıçı: "Legiya" - "Qarabağ" oyununda şanslar bərabərdir" "Bacardığım qədər, Azərbaycan çempionatının oyunlarına baxmağa çalışıram. Çünki ölkənizdə bir neçə yaxşı il keçirmişəm. Bundan əlavə, orada mənim dostlarım çıxış edirlər".
Futbol
1226
28 Sentyabr , 2020 12:32
Polşalı qapıçı: Legiya - Qarabağ oyununda şanslar bərabərdir

"Bacardığım qədər, Azərbaycan çempionatının oyunlarına baxmağa çalışıram. Çünki ölkənizdə bir neçə yaxşı il keçirmişəm. Bundan əlavə, orada mənim dostlarım çıxış edirlər".

Bu fikirləri "Report"a açıqlamasında "Simurq" və "Qəbələ" klublarının sabiq qapıçısı David Petrjkeviç UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə "Qarabağ" arasında keçiriləcək oyun barədə danışarkən deyib.

Polşalı oyunçu bildirib ki, hər iki komandanın qrup mərhələsinə adlamaq şansları bərabərdir: "Məncə, bu cütün favoriti yoxdur. Həm "Legiya", həm də "Qarabağ" keyfiyyətli komandadır. Şansların bərabər olduğunu düşünürəm. Hansısa kollektivi fərqləndirmək çox çətindir".

32 yaşlı qolkiper matçda çoxlu qol proqnozlaşdırdığını söyləyib: "Ümid edirəm ki, baxımlı oyunun şahidi olacağıq. Çünki hər iki komandanın heyətində maraqlı oyunçular var. Bu, əla şou olacaq. Təəssüf ki, oyun boş tribunalar qarşısında keçiriləcək".

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi