“Qəbələ”nin sabiq futbolçusu Ukraynada separatçılıqda ittiham olunub

Futbol
  • 22 oktyabr, 2018
  • 07:19
“Qəbələ”nin sabiq futbolçusu Ukraynada separatçılıqda ittiham olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay qalmaqalla üzləşib.

“Report” xəbər verir ki, bu ay Donetsk “Olimpik”i ilə müqavilə bağlayan 36 yaşlı yarımmüdafiəçi vətəni Ukraynada  yaxşı qarşılanmayıb. Azərkeşlər Premyer Liqanın XII turunda “Çernomorets”lə debüt oyununda Qayı fitə basıblar, eləcə də onun əleyhinə “Lyoşa, sənə “Kuban”da nə qədər verirdilər?” və “Qay – separ” (separ - separatçı) şüarları səsləndiriblər.

Fanatlar bununla futbolçunun son iki mövsümdə Rusiyanın “Kuban” klubunun formasını geyinməsinə və “Çernomorets”də çıxış etdiyi vaxt Ukrayna ordusuna dəstək aksiyasına qoşulmamasına etiraz ediblər.

Qeyd edək ki, Aleksey Qay “Qəbələ”də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək çıxış edib.